Ermənistan Qarabağda buna görə uduzdu - Baqdasaryan

Ermənistan Qarabağda buna görə uduzdu - Baqdasaryan backend

Ermənistan Qarabağda rəhbərliyin uzaqgörən olmaması və hərbi, informativ və diplomatik kəşfiyyatın qeyri-effektivliyi ucbatından məğlub oldu.

Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Artur Baqdasaryan deyib. Onun sözlərinə görə, məğlubiyyətə təsir edən digər amillər operativ-taktiki qərarların nizamsızlığı, idarəetmədə, eləcə də hərbi sferada dəqiq sistemin mövcud olmamasıdır.

Baqdasaryan Ermənistanda gələcək qeyri-stabillikdən qaçmaq üçün növbədənkənar seçkilərin keçirilməsi gərəkdiyini bildirib.
Diaspora