Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçünün döyüş xatirələrini "Yerevan Today"na kanalına danışıb.
Qazilər.az Sfera.az-a istinadla xəbər verir ki, Nemət Mətin sözügedən xatirəni tərcümə edərək yazıya çevirib: "Ən böyük qorxumuz dron və PUA - lar idi. PUA - ın səsini eşitdinsə artıq ölmüsən. Onlardan qaçış mümkünsüzdür. Vızıltı eşitdinsə demək artıq nişangahdasan və nə etsən də, hara qaçsan da ölümdən qurtuluşun yoxdur. Onlar ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər. Əsgərlər səngərlərin qarşısına kartof çipsisi tökürdülər ki, onlar gələndə xışıltıdan bilsinlər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi. 3 - 4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20 - 30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları. Bir az real çıxmasa da bəzən düşünürdük ki, onlar ümumiyyətlə insan deyillər. Bəlkə də ya zombi ya da robotuydular. Üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi.Deyirlər ki, 1500 erməni əsgəri 5 - 6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydın ölümün mütləqiydi. Yenə deyirəm, onlar insan deyildilər. Nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılıb, yenidən qalxırdılar.
Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləriylə parçalayırdılar. Xankəndinə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı. İnsan bunu edə bilərmi? Əlbətdəki yox. Bunu ancaq zombilər edə bilər. Deyirlər ki, Arçaxı azad etmək üçün yenidən müharibə edəcəyik. Bu zombiləri görən əsgər ya zabit bir daha Arçaxda döyüşmək istəməz."