Namaz və Ayaz İsmayılov qardaşları 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak ediblər.
Qazilər.az xəbər verir ki, "Report" İsmayılovlar ailəsinin yaşadığı evə baş çəkib. Lakin görünən mənzərə heç də ürəkaçan olmadı.Hərbçilərin anası Qızılgül Əhmədova ilə həmsöhbət olan zaman məlum oldu ki, oğulları hələ də cəbhə bölgəsindədir. Acınacaqlı olsa da, baxımsızlıqdan yararsız halda olan bu evdə isə əsgər ailəsi yaşayır.