Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid oldu

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid oldu backend

Azərbaycan Ordusunun polkovniki Ağdərə istiqamətində işğaldan azad edilmiş kənddə piyada əleyihnə minaya düşərək şəhid olub.

Qaziler.az bildirir ki, bu gün Talış yüksəkliyinə Azərbaycan bayrağı sancan, Azərbaycan Ordusunun polkovniki, korpus komandirinin müavini Səmidli Babək Mətləb oğlu Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

Babək Səmidli ömrünü orduya həsr etmişdi.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!
Diaspora