Ağdam şəhəri artıq 2 gündür azaddır. Hər bir azərbaycanlı Qarabağın gözü sayılan Ağdam şəhərini ziyarət etmək istəyir.
Onlar arasında əlbəttə ki, ən çox 30 ilə yaxındır doğma yurdlarından didərgin düşən ağdamlılardır. Hər gün Ağdam şəhərinə aparan yollara gələn, şəhərə getmək istəyən yüzlərlə eayon sakini var."Yeni Müsavat" qəzetinin Ağdama ezam olunan əməkdaşları rayonun Əfətli kəndində olan zaman həmin şəxslərdən bir neçəsi ilə söhbət ediblər.
Ağdamın ayrı-ayrı kəndlərindən gələnlər doğma şəhərlərini ziyarət etmək istədiklərini deyiblər və öz qələbə təəssüratlarını "Yeni Müsavat" qəzeti ilə bölüşüblər.