Noyabrın 20-də 28 illik işğaldan azad edilən Ağdam şəhərində bütün mülki obyektlər, yaşayış evləri tamamən dağıdılıb, infrastruktur tam sıradan çıxarılıb.
APA-nın hazırda ərazidə olan Qarabağ müxbirinin sözlərinə görə, erməni vandallığı buradan da yan keçməyib: “Şəhərdəki bütün tikililər dağıdılıb. Azərbaycan əsgərləri artıq Ağdamın mərkəzindəki məscidi təmizləyiblər”.Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycan
Bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib.
Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarının boşaldılması nəzərdə tutulub.






