Erməni general Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğunu etiraf etdi

Erməni general Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğunu etiraf etdi backend

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.

Qazilər.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi, general-leytenant Movses Akopyan jurnalistlər qarşısında çıxış edərkən bildirib.

“Bu raketlərdən (“İskəndər”i nəzərdə tutur - red.) istifadə edilib, lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, - deyə M.Akopyan qeyd edib.

Oxu.az
Diaspora