“Gedəndə bizə dedi ki, “mən şəhid olsam, ağlamayın. Şəhid olmasam, Şuşada ilk azanı özüm verəcəm. Allah arzusuna çatmağı ona qismət etdi, sözünün üstündə durdu”.
Bu sözləri Şuşa məscidində ilk azan səsləndirən əsgərimiz Qurbanəli Əliyevin anası Cəvahir Qurbanova Modern.az-a deyib.O bildirib ki, əsgərimiz Təbriz Universitetinin İlahiyyat fakültəsində oxuyur:
“Pandemiyaya görə dərslərə gedə bilmirdi. Sonra səfərbərlik elan olundu, könüllü olaraq qeydiyyatdan keçdi və çağırış gəldi. Çox böyük həvəslə cəbhə bölgəsinə getdi. Qurbanəli döyüşə gedəndə üzərində bayraq var idi. O, mənə demişdi ki, “ana sənin verdiyin bayrağı azad olunmuş torpaqlarda - Şuşada, Kəlbəcərdə ucaldacağam. Azad olunmuş torpaqların hər birində namaz qılıb, azan oxuyacağam. Şuşada ilk namazı qıldırmaq oğluma qismət oldu. Bu qürur hissini sözlə ifadə etmək mümkün deyil”.