Daha 6 kənd Azərbaycanın nəzarətinə qayıdır

Daha 6 kənd Azərbaycanın nəzarətinə qayıdır backend

Keçmiş Ağdərə rayonunun daha altı kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Qarabağın Vahid İnformasiya Mərkəzi” yayıb.

Məlumata görə, bu kəndlər Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalıdır.

Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

Bu kəndlərdən 5-i (Yeni Marağa, Mollalar, Papravənd, Boyəhmədli, Əliağalı) Ağdam rayonunun, 1-i isə Tərtərin (Seysulan) inzibati ərazisinə daxildir.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.
Diaspora