Xankəndi-Şuşa-Laçın yolu nəqliyyat vasitələri üçün tam açıq elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Russia Today" kanalı məlumat yayıb.Rus sülhməramlıları yolda nəzarət postlarından başqa, helikopterlərlə də müşahidələr aparır.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti üçtərəfli bəyanat imzalayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan Respublikası 1 dekabr 2020-ci il tarixədək Laçın rayonunu geri qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.