Ermənilər Laçını tərk edir.
Trend-in məlumatına görə, bu barədə BBC-nin Rusiya xidmətinin hazırladığı reportajda deyilir.Bildirilir ki, 10 noyabrda əldə edilən razılaşmadan sonra əraziyə Rusiya sülhməramlıları gəlib. Hazırda isə ermənilər Laçından qaçır.
Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.