Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibə verib.
O, müsahibəsində Şuşanı itirmələri ilə bağlı suallara da cavab verməli olub:“Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu”.
Paşinyan həmçinin, Şuşanın itirilməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:
“Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün hələ də orada olduğu barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil, Xankəndidə olduğu bilindi”. (oxu.az)