Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Qazilər.az Report-a istinadən müvəqqəti komendantların siyahısını təqdim edir:Xocavənd rayonu – polis rəisi Xəyyam Mirhüseynov
Füzuli rayonu – polis rəisi Xaqani Məmmədov
Cəbrayıl rayonu – polis rəisi Toğrul Mahmudov
Zəngilan rayonu - polis rəisi Bəkir Cabbarov
Qubadlı rayonu – polis rəisi Bəhruz Cabbarov
Şuşa rayonu - polis rəisi İlqar Rüstəmli
Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.