Dövlət Tərcümə Mərkəzi “Şuşa həqiqətləri” adlı sənədli videoçarx hazırlayıb
Qaziler.az bildirir ki, Dövlət Tərcümə Mərkəzi Şuşanın tarixindən, Rusiya və İran arasında bağlanmış Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim mədəniyyət mərkəzi olan bu şəhərdə törətdiyi vəhşiliklərdən bəhs edən “Şuşa həqiqətləri” adlı sənədli videoçarx hazırlayıb. Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dilində yayınlanacaq material xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.