Dağlıq Qarabağda və Laçın dəhlizində yerləşdiriləcək rusiyalı sülhməramlılar müşahidə postlarını qurmağa başlayıb.
Qazilər.az xəbər verir ki, Laçın dəhlizində rus hərbçilərin qurduğu ilk postun fotosu yayımlanıb.Xatırladaq ki, Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin imzaladıqları birgə Bəyanatın 3-cü bəndinə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Modern.az