Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasında cəsəd və əsirlərin mübadiləsi prosedurlarına başlamağa hazırdır.
Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin proqram rəhbəri Zara Amatuni bildirib.“Tərəflərin müvafiq müraciətindən sonra prosedurlara başlamağa və mübadiləni həyata keçirməyə hazırıq”, - Amatuni əlavə edib.
Müraciət, münaqişəyə bütün cəlb edilənlər tərəfindən razılaşdırılmalıdır. Bundan sonra BQXK münaqişə tərəfləri ilə addımları əlaqələndirərək mübadilə aparacaq: "Biz hazırıq və ümid edirik ki, razılaşmanın bununla bağlı hissəsi həyata keçiriləcək".