Ermənistan baş naziri istefa verməlidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni eks-komandir Manvel Yegiazaryan deyib.“Nikol Paşinyan keçən il deyirdi ki, bizdə oliqarxlar yoxdur. İndi etirazçıların oliqarxlar tərəfindən ortaya atıldığını deyəndə kimi nəzərdə tutur? Bu gün heç bir rəhbər və oliqarx danışmaq haqqına sahib deyil. Hamısı günahkardır”, - deyə o bildirib.
O, Azərbaycanın Zəngilanı 3 pikapla azad etdiyini də iddia edib.