“Aljazeera”: “Ermənistan Şuşanın əldən getdiyini etiraf etmir”

“Aljazeera”: “Ermənistan Şuşanın əldən getdiyini etiraf etmir” backend

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dağlıq Qarabağ anklavının ikinci ən böyük şəhəri olan Şuşanın düşməndən geri alındığını bildirib.

Ermənistan rəsmiləri bu iddianı dərhal rədd ediblər. Əgər bu, doğrudan da belədirsə, Azərbaycan bölgədə mövcud olan erməni separatçıları üzərində böyük strateji qələbə qazanıb. “Aljazeera”nin yaydığı xəbərdə belə deyilir.

"Böyük qürur və sevinc hissi ilə sizə Şuşa şəhərinin azad edildiyini bildirirəm", prezident İlham Əliyev xalqa müraciətində belə söyləyib. Erməni tərəfi isə Azərbaycan prezidentinin bəyanatına “Şuşa uğrunda şiddətli döyüşlər davam edir, Şuşanın alınması Azərbaycan üçün əlçatmaz xəyal olaraq qalacaq”, bəyanatı ilə cavab verib.

"Ən şiddətli döyüş gecə Şuşanın yaxınlığında baş verdi", Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan belə deyib və bildirib ki, "ağır dağıntılara baxmayaraq, qala şəhər düşmənin zərbələrinə tab gətirir".
Gördüyünüz kimi, erməni tərəfi Şuşanın Azərbaycan Ordusu tərəfindən geri alındığını etiraf etmək gücündə deyil. Yeri gəlmişkən, Almaniya mətbuatı da qeyd edir ki, Ermənistan itirdiyi ərazilərlə bağlı informasiyaları ört-basdır etməyə çalışır. Yəni, ermənilərin bu keyfiyyəti artıq Qərb mediası tərəfindən də qabardılır.

P.S "Reuters" agentliyi İlham Əliyevin xalqa müraciəti ilə bağlı xəbər yayıb. Bir çox nəşrlər həmin xəbəri paylaşıblar. "The Guardian" qəzeti isə qələbədən dolayı küçələrə axışan xalqın sevincini əks etdirən fotolar da yayıb.
Diaspora