Xəbər verildiyi kimi, 08.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulmuşdur.
Baş Prokurorluqdan verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət almışdır.Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.