Ermənistan erməni milyonçuların pulu ilə muzdlu döyüşçüləri cəbhə zonasına göndərir - Deputat

Ermənistan erməni milyonçuların pulu ilə muzdlu döyüşçüləri cəbhə zonasına göndərir - Deputat backend

Ermənistan dövləti muzdlu yaraqlıları Qarabağda döyüşdürür, həmin muzdluları xaricdən döyüş bölgəsinə transfer edir, erməni milyonçuların pulu ilə cəbhə zonasına göndərir, muzdlu batalyonu yaradır, hətta parlamentdə muzdluların fəaliyyətini legitimləşdirir, amma nə qəribədir ki, ən sonda sarsaq və cəfəng fikirlərlə bizi muzdludan istifadə etməkdə ittiham edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, hərçənd üzərimizə yönələn ittiham absurddur! Erməni siyasətçiləri də, mediası da, erməni hakimiyyətinin nümayəndələri də heç olmasa məhz bu məqamda susmalı və abırlarına kor olmalıdırlar:

“Çünki ancaq Sərsəng su anbarını partlatmaq üçün erməni tərəfindən göndərilən PKK və YPG terrorçuları bir neçə gün bundan öncə məhv edildilər. Ermənilərin diversiya qrupunun yarıdan çoxu kənardan gələn muzdlular və terroristlərdən ibarətdir.

Bu yaxınlarda döyüş bölgəsindən qaçan erməni ordusunun qərərgahında muzdluların fəaliyyətini təsdiqləyən sənəd aşkar olundu. Hətta neçəsinin videosu yayılıb. Azdırmı bu faktlar? Xeyr. Əksinə, yetərincədir. Sadəcə, ermənilər öz abırsız və ləyaqətsiz xislətlərinə yenə sadiq qaldıqları üçün üzə dururlar, öz elədiklərini qarşı tərəfin üzərinə atırlar və yəqin beləcə iz azdırmaq istəyirlər.

Azəbaycanın qəhrəman ordusu öz əsgəri ilə vuruşur. Biz kişi kimi, öz adımızla, öz gücümüzlə vuruşuruq. Hədəfə də bu əzmlə çatacayıq. Eşq olsun Azərbaycan ordusuna! Eşq olsun Ali Baş Komandana və Azərbaycan xalqının birliyinə!”.
Diaspora