Bakı müharibəni dayandıra bilər, lakin...

Bakı müharibəni dayandıra bilər, lakin... backend

Prezident xarici ölkələrin mətbuat resurslarına çoxsaylı müsahibələr verib.

Bütün müsahibələrin ideyası birdir – Azərbaycanın düşmən tapdağı altında olan torpaqları işğaldan azad olunmalıdır. Qanun və beynəlxalq hüquq rəsmi Bakının tərəfindədir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “La Republica” qəzetinə müsahibəsini təhlil edərkən deyib.

Millət vəkili bildirib ki, məqsəd 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etmək, məcburi köçkünləri doğma məskənlərinə qaytarmaqdır:

“Ermənistanın işğalçılıq siyasətini qınamaq əvəzinə rəsmi Bakıya qərəzlə yanaşanlara dövlət başçısı bütün çıxışlarında olduğu kimi, “La Republica”nın jurnalistinə verdiyi suallara da çox təmkinli şəkildə Azərbaycan qanunlarına və beynəlxalq hüquqa əsaslanan səlis cavablar verdi, Azərbaycanın mükəmməl texnologiyası və çox yüksək döyüş ruhu olduğunu bir daha sübut etdi“.

E.Məmmədov ölkə başçısına müharibənin dayandırılması ilə bağlı ünvanlanan suala da toxunub:

“Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz bircə şərtlə döyüş əməliyyatlarını dayandıra bilərik – Ermənistan rəhbərliyi öz quldur dəstəsini ərazilərimizdən çıxardacağını bəyan edərsə. Ancaq düşmən tərəfi dünyanın müxtəlif ölkələrindən erməni və qeyri-erməni millətindən olan muzdlu dəstələrini toplayıb Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərarziləri yenidən işğal etmək istəyir. Əlbəttə, onların bu cəhdləri boşa çıxacaq, üstəlik, müharibənin də məsuliyyətinin onların üstünə düşdüyünü sübut edir. Ermənistan bu müharibədə artıq məğlub olduğunu başa düşməli və qoşunlarını ərazimizdən çıxarmalıdır”.
Diaspora