“Azərbaycan terrorçuları sonadək qovacaq” - Dövlət Baxçalı

“Azərbaycan terrorçuları sonadək qovacaq” - Dövlət Baxçalı backend

“Düşmən nə edirsə etsin, Dağlıq Qarabağ Azərbaycanın olacaq”.

Azvision.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib. Dövlət Baxçalı Azərbaycanın haqlı və inamlı mübarizəsinin günbəgün müsbət nəticə verdiyini söyləyib:

“Dağlıq Qarabağ işğaldan sürətlə azad edilməkdədir. Terrorçu dövlət olan Ermənistan isə yenə dinc azərbaycanlı əhaliyə qarşı raket hücumları həyata keçirir, qatil olduğunu bir daha göstərir".

MHP sədri qeyd edib ki, ermənilərin bütün cəhdləri qanunsuzdur. Azərbaycan terrorçuları sonadək qovacaq.

Daha sonra partiya lideri Paşinyanın Putinə məktub yazmasını xatırladıb: “Rusiya dövlət başçısının cavabında münaqişə bölgəsinin Ermənistan sərhədindən kənarda yerləşdiyini bildirməsi olduqca maraqlıdır. Prezident Putinin Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrdə Türkiyənin də olmasına işarə etməsi isə digər mühüm məsələdir”.
Diaspora