Azərbaycan kökənli iş adamından Əsgərə sovqat var!
Türkiyədə yaşayan Azərbaycan kökənli iş adamı Hakan Aksu Azərbaycan Əsgərinə sovqat hazırlayıb.
Bu barədə Musavat.com-a danışan Hakan bəy deyib:
"Canımız Azərbaycana fəda. 1-ci Qarabağ savaşında canımızla-malımızla ölkəmizin yanında olduq. İndi də əlimizdən gələn qədər dəstək veririk və verəcəyik! Azərbaycan Əsgərinin tətik çəkən əllərinə qurban olaram. O əllər, o qəhrəman bədən üşüməsin, hələ qarşıda savaş var deyə, mən də 2000 əsgərimiz üçün dəst halında isti geyimlər, jiletlər, digər lazımı malzəmələr hazırlatdım. Bütün bunlar Azərbaycan Ordusuna təqdim ediləcək! Yaşasın Azərbaycan, var olsun Azərbaycan- Türkiyə qardaşlığı. Böyük liderlərimiz Tayyib Ərdoğan və İlham Əliyevə dualarımı və minnətdarlığımı göndərirəm!"