Erməni ordusu çökməkdədir. Erməni əsgərləri cəbhədən ya qaçır, ya da Qarabağdakı münaqişə bölgələrinə getməkdən imtina edirlər.
Azərbaycan ordusu işğal altındakı torpaqlarını bir-bir geri alır. Bayrağımız işğaldan azad edilmiş ərazilərdə yenidən dalğalanır.Azərbaycan Silahlı Qüvvələri hər gün yeni bir əraziləri işğaldan qurtarmaqla mütləq uğur qazanarkən, 2 milyard dollardan çox ziyan çəkən Ermənistan ordusunun əsgərləri döyüş bölgəsini tərk etməkdədirlər.
Qazilər.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Türkiyə mətbuatının yazdığına görə, ermənilərin ordu komandirləri əsgərlərin qaçmasının qarşısını almaq üçün ümidverici çıxışlar etsələr də əsgərlər döyüşməmək üçün müqavimət göstərirlər.
Atəşkəsi üç dəfə pozan Ermənistana cəbhədən gedən görüntülərdə əsgərlər: "Bu gün yağış altında üçüncü günümüzdür, yemək yox, insan yox, əsgər yoxdur ... Məni burada buraxıb, özləri çıxıb getdilər. Heç kim bizimlə maraqlanmır" - deyərək döyüş bölgəsindən çıxdıqlarını söyləyib.