“Düşmən təxribata hazırlaşır” - Polkovnikdən mühüm AÇIQLAMA

“Düşmən təxribata hazırlaşır” - Polkovnikdən mühüm AÇIQLAMA backend

“Bu gün saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın bir sıra yaşayış məntəqələrini atəşə tutub. Təbii ki, Azərbaycan Ordusu da buna ən ağır şəkildə cavab verir”.

Qazilər.az xəbər verir ki, bu sözləri hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. O, Ermənistan tərəfinin onlara verilən növbəti şansdan da istifadə edə bilmədiyini qeyd edib:

“Əslində bu humanitar atəşkəs daha çox ermənilərə lazım idi ki, günlərdir qalan cəsədlərini götürsünlər. Amma onlar bu dəfə də bundan istifadə edə bilmədilər. Bu, onlara verilən son şans idi. Artıq Azərbaycan bundan sonra düşmənə daha sarsıdıcı əks-hucum əməliyyatları həyata keçirəcək və bizi buna görə heç bir ölkə qınaya bilməz”.

Hərbi ekspert Ermənistan tərəfinin yeni təxribatlara hazırlaşdığını bildirib:

“Sabah artıq aktiv döyüş əməliyyatlarının bir ayı tamam olur, buna görə də düşmən vəziyyətdən çıxmaq üçün başqa yollar axtarır, yeni təxribatlara cəhd edir. Səhər erməni mətbuatını izlədim, onlar yenə öz təxribatlarını Azərbaycanın üzərinə atmağa çalışır. Amma düşmən nə qədər çalışsa da buna nail ola bilməyəcək. Çünki Azərbaycan öz üzərinə düşənləri ən üst səviyyədə yerinə yetirir, nə düşmənə, nə də beynəlxaq qurumlara bizi ittiham etməyə hansısa bir əsas vermir. Odur ki, Ermənistanın üzərində çalışdığı yeni təxribatlar bizə deyil, ancaq özlərinə ziyan vuracaqlar”.

Redaktor.az
Diaspora