İlham Əliyev xarici jurnalistlərdən danışdı: “Bizi ittiham edir, elə bil prokurordur”

İlham Əliyev xarici jurnalistlərdən danışdı: “Bizi ittiham edir, elə bil prokurordur” backend

“Bütün illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Azərbaycan xalqı görür ki, xarici mətbuatın bütün suallarına necə lazımdır, cavab verirəm. Susurlar. Çünki cavab verə bilmirlər. Heç vaxt onların səviyyələrinə düşmürəm. Sual vermir, bizi ittiham edir, elə bil prokurordur.

Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür və ondan istifadə edirlər. Mən onlarla mülayim tərzdə danışıram, amma bilirlər ki, istənilən formada danışa bilərəm”, - deyə Prezident bildirib.
Diaspora