Ermənistanın döyüşlərdə uşaqlardan istifadə etdiyinin görüntüləri yayılıb.
Görüntülərdən açıq görünür ki, Ermənistan bütün beynəlxalq normaları pozaraq uşaqları döyüşlərə cəlb edir.Professor Rəşid İbrahimov Trend-ə açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir:
"Uşaqlar arasında itkilər olanda isə erməni təbliğatı bütün dünyaya səs-küy salacaq ki, Azərbaycan dinc əhalini, o cümlədən uşaqları məhv edir. Şübhə etmirəm ki, bu uşaqların şəkilləri gələcəkdə təbliğat məqsədilə dünya KİV-lərində yer alacaq. Yəni, Ermənistan hakimiyyətinin hədəfi Azərbaycanı dünyanın gözündə ləkələməkdir".