Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatı Vaqarşak Akobyanın qardaşı Tatul Akobyan Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə V.Akobyan özünün "Facebook" səhifəsində yazıb.T.Akopyan Suriyada Ermənistan missiyasının iştirakçısı olub, 2016-cı ilin aprel döyüşlərinin, eləcə də 2020-ci il iyulunda Tovuz təxribatının fəal iştirakçısı olub.