Prezidentin köməkçisi Qafan və Cermukdan bölgələrimizə atılan raketlərin şəklini yaydı - FOTO

Prezidentin köməkçisi Qafan və Cermukdan bölgələrimizə atılan raketlərin şəklini yaydı - FOTO backend

“Azərbaycanın möhtəşəm turizm mərkəzi sayılan və hərbi əməliyyatlar bölgəsindən çox uzaq olan Qəbələ şəhəri Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib.

Onun sözlərinə görə, SCUD tipli olduğu hesab edilən raketlər Ermənistanın Qafan və Cermuk rayonlarından atılıb.

“Ermənistanın dəliliyinin həddi-hüdudu yoxdur”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Azerbaijan's gorgeous touristic center Gabala which is far away from theatre of military operations become target of Armenia's missile strike. Missiles launched from Gafan and Jermuk regions of Armenia. Most likely Saddam Hussein used Scuds. Insanity of Armenia has no limits. pic.twitter.com/TWLXjzMAjR

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 22, 2020
Diaspora