Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb

Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb backend

Müharibə günlərində Türkiyə mətbuatı cəbhəyə xüsusi diqqət ayırır. Qardaş ölkənin mediası çox maraqlı materiallar dərc edir.

Bizimyol.info xəbər verir ki, “Yeni Şafak” işğal altında olan torpaqlarımızın qızıl yataqlarından yazıb. Türkiyə qəzetinin yazdığına görə, ermənilərin ələ keçirdiyi yerlərdə 112 ton qızıl var. Yataqların 99 faizi Rusiyanın “GeoProMining Gold” şirkətinin nəzarətindədir.

“Yeni Şafak” yazır ki, “GeoProMining Gold” Qarabağda mis, sink, dəmir də çıxarır. Müharibədə məğlubiyyət İrəvanda da ofisi olan Rusiya şirkətini təşvişə salıb. Kəlbəcəri itirmək qorxusu rusları tədbirlər planı hazırlamağa vadar edir. Türkiyə mətbuatı “GeoProMining Gold” ermənilərə silah daşımağa başladığını bildirir.

Bundan başqa, ruslar muzdlu əsgər məsələsi haqda da düşünməyə başlayıb.

Rusiya şirkəti beynəlxalq qanunları kobudcasına pozduğunu bilir. Çünki “GeoProMining Gold” Azərbaycan torpaqlarında fəaliyyət göstərir. “Yeni Şafak” yazır ki, Qarabağda tam qələbə təmin olunandan sonra rusların başı ağrıyacaq. Çünki Azərbaycan hökuməti məhkəmə çəkişməsinə başlayacaq. Buna görə də Rusiya şirkəti çox narahatdır.
Diaspora