Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən sonra çaşqın vəziyyətə düşən Qarabağdakı terrorçu rejimin üzdəniraq liderləri iki gündür ki, Ermənistanda görüşlər keçirir, vəziyyətdən çıxış yolları arayırlar.
Musavat.com bununla bağlı erməni mediasına istinasdən xəbər verir. Bako Saakyan və Arkadi Qukasyanın İrəvanda döymədikləri qapı qalmayıb.Keçmiş prezident Levon Ter-Petrosyan və baş nazir Nikol Paşinyanla görüşün ardınca onlar Qarabağ klanının təmsilçisi Robert Köçəryanla bir araya gəliblər. Görüş cinayətkar eks-prezidentin ofisində baş tutub.
Ofis rəhbəri Viktopr Soqomonyan deyib ki, görüş təklifi Saakyan və Qukasyandan gəlib. Onlar Qarabağdakı vəziyyəti müzakirə ediblər, ancaq mediaya əlavə məlumat açıqlanmayıb.