Ermənistan parlamentinin deputatı, "Yerkrapa" könüllülər İttifaqının rəhbəri Sasun Mikaelyan Dağlıq Qarabağda döyüşlər zamanı yaralanıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.Qeyd olunur ki, deputat xəstəxanaya yerləşdirilib.
Onun sağlamlıq vəziyyəti və hansı şəraitdə yaralandığı barədə məlumat verilməyib.