Ermənistan KİV-ləri Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etmiş daha bir veteran döyüşçünün məhv olunması haqda xəbər yayıblar.
Vahan Ohanyan 1992-ci ilin yayında ermənilərin Qarabağda yaratdığı “Artsiv 30” başkəsənlər alayının üvlərindən olub. Həmin döyüşlərdə fəal iştirakına görə qondarma rejimin “Yerkrapa”, “Andranik Ozanyan”, “Müstəqilliyin 25 illiyi” və sairə medallarını alıb. Ohanyan, həmçinin 2016-cı il aprel döyüşlərinə də könüllü yollanıb. Qohumlarının dediyinə görə, Ohanyan xəstə olmasına baxmayaraq, yenidən - 8 oktyabrda cəbhəyə yollanıb, az sonra Dağlıq Qarabağın şimal-şərqində, Tərtər istiqamətinə döyüşlərdə ağır yaralanaraq hospitalda ölüb.Əslində, bu fakt Ermənistanın döyüşə göndərməyə yeni qüvvə tapmadığını göstərir.
Ohanyan Göyçə gölü yaxınlığındakı Vardenis kəndindən idi və son döyüşlərdə bu kənddən olan mayor Akop Gevorkyan, Arsen Abroyan, Arut Avetisyan, Tiqran Arşakyanı da əsgərlərimiz məhv edib.
Musavat.com