“Ermənilər Cəbrayılda heç vaxt yaşamayıb...” –“Kommersant”a danışan erməni...

“Ermənilər Cəbrayılda heç vaxt yaşamayıb...” –“Kommersant”a danışan erməni... backend

"Şuşi kəndindəki avtomatlı müdafiəçilərdən biri - Vrej soruşur: “Bax, siz, ruslar, kənardan, bizim müharibəmiz barədə nə düşünürsünüz? Bunu necə dayandırmaq olar? Sən cavab ver"

"Şuşi kəndindəki avtomatlı müdafiəçilərdən biri - Vrej soruşur: “Bax, siz, ruslar, kənardan, bizim müharibəmiz barədə nə düşünürsünüz? Bunu necə dayandırmaq olar? Sən cavab ver"

“Mənə elə gəlir ki, bir kompromisə ehtiyac var, - deyirəm, - ermənilərin yaşamadığı ərazinin bir hissəsini geri verin. Məsələn, elə Ağdam "

Moderator.az xəbər verir ki, bu sətirlər Rusiyanın “Kommersant” nəşrinin əməkdaşı Aleksandr Çernıxın Azərbaycanın hələlik işğal altında qalan Şuşi kəndində sülənən silahlı qoca ermənilərlə dialoqundandır.

“Vrej başını yelləyir, amma çox təsdiqlənmədən: “Ağdam, bəli .. Doğrusu, Ağdama ehtiyacımız yoxdur. Və bu Cəbrayıl - xalqımız heç vaxt orada yaşamayıb. Bəs torpağı alacaqlarına və on ildən sonra qalan torpaqlarımızı almaq üçün yeni bir müharibəyə başlamayacaqlarına zəmanət haradadır? Heç kim Türkiyəyə inanmır. Yaxşısı budur, sən denən, Rusiya niyə susur? Rus əsgərləri niyə Suriya uğrunda öldü, amma Ermənistan üçün ölmür? Suriya sizin üçün daha vacibdir, yoxsa? " Silahlı erməni aralaşır və sürücü məndən soruşur: “Onun adının nə demək olduğunu bilirsinizmi? “Vrej” erməni dilində "intiqam" deməkdir... ”

Bu dialoqdan əvvəl isə əlini otaqdakı İsa Peyğəmbərin təsviri olan ikonaya uzadan erməni deyir: “Türklər onsuz da bizi sındıra bilməyəcəklər. Biz torpağımız uğrunda dayanacağıq, lazım olsa, döüyşəcəyik...” deyir həmin Vrej...


P.S. Göründüyü kimi, “dinc” adlandırdığımız ermənilər arasında da hələ də erməni xəstəliyindən qurtulmamış türkə nifrətlə yaşayanları var. Amma artıq bunların faydası olmayacaq. Azərbaycan ordusuna müqavimət göstərməyə çalışan hər bir düşmən cəzasına çatacaq...
Diaspora