Ermənistan Sİlahlı Qüvvələrində hərbiçilər və "könüllülər" arasında əmrlərlə tabe olmama başlayıb.
Trend-in məlumatına görə, Ermənistan Sİlahlı Qüvələrinin hərbiçiləri artıq döyüşmək istəmirlər və mövqeləri özbaşına tərk edirlər.Videodan da açıq göründüyü kimi, ermənilərdən biri digərlərini günahlandıraraq niyə döyüş mövqeyini tərk etdiklərini soruşur. Onlardan izahat tələb edir. Digər əsgər isə bildirir ki, biz könüllüyük, bizi niyə cəbhəyə göndərirsiz, sizin üçün top yemi deyilik...
Bu fakt Ermənistan ordusunda ciddi parçalanmaların başladığını göstərir. Artıq ermənilər özləri də bu torpaqların onlara aid olmadığını anlayılar və döyüşmək istəmirlər, döyüş mövqelərini tərk edirlər, erməni könüllülər isə ümumiyyətlə cəbhəyə getməkdən qaçırlar.
Erməni hərbiçilər arasında başlanan söyüşlü mübahisə daha sonra davaya çevrilib.
Həmin görüntüləri sizə təqdim edirik: