Etimad Əsədovun vəfatından iki il ötür...

Etimad Əsədovun vəfatından iki il ötür... backend

Bu gün Baş qazi Ehtimat Əsədovun vəfatının ildönümüdür

Qaziler.az bildirir ki, Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ qaziləri” ictimai birliyinin sədri olmuş Etimad Əsədovun vəfatından iki il ötür.

Əsədov Ehtimat Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.

Ali təhsilli idi.

Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.

Xatırladaq ki, "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov ötən il oktyabr ayının 16-da vəfat edib.

Allah rəhmət eləsin!

P.S. Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun rəşadəti nəticəsində torpaqlarımız alındıqca yəqin ki, şəhidlərimizin, o cümlədən vətəni canından çox sevən, Qarabağın işğaldan azad edilməsini görməyə ömrü vəfa etməyən Etimad Əsədovun pərişan ruhu sevinir. Ruhun şad olsun, RƏİS. Bir ayağını itirdiyin Agdərənin geri alınmasına lap az qaldı. Azərbaycan Ordusu bütün Qarabağı murdar düşməndən təmizləyib ZƏFƏR ÇALACAQ, ƏMİN OL! LAP AZ QALDI...
Diaspora