Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 45 hərbçisinin adın açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğlaçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 604-ə çatıb.Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.
Xatırladaq ki, oktyabrın 10-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.