Ermənistan Ağdərə istiqamətindəki hərbi bölmələrinin dağıdıldığını etiraf edib.
Axar.az xəbər verir ki, “Azadlıq” radiosuna danışan Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan dünən Suqovuşan istiqamətində yerləşən meşələrdən 2 erməni hərbçisinin tapıldığını bildirib. O, bu hərbçilərin 10 gündür meşədə yaşadığını deyib.Qeyd edək ki, Ovannisyan bundan öncə dəfələrlə Azərbaycanın Talış və Suqovuşan kəndlərini ələ keçirmədiyini, erməni hərbçilərinin geri çəkilmədiyini açıqlamışdı.