Düşmənin qalası çökdü: Ordumuz sürətlə irəliləyəcək - POLKOVNİK

Düşmənin qalası çökdü: Ordumuz sürətlə irəliləyəcək - POLKOVNİK backend

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Azərbaycan Ordusu Xocavənd rayonunun bir neçə kəndini, həmçinin Hadrut qəsəbəsini də işğaldan azad edib.

Qondarma rejimin "Müdafiə Nazirliyi” bu günə qədər yalan məlumatlar yayaraq, guya Hadrutun hələ də onlarda olduğunu bildirir. Işğalçı Ermənistan strateji əhəmiyyətə malik qəsəbənin itirilməsini hələ də həzm edə bilmir.

Hadrutun əhəmiyyəti haqqında danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, bu qəsəbənin işğaldan azad edilməsi düşmənə vurulan növbəti ağır zərbədir:

"Hadruta nəzarətin ələ keçirilməsi hərbi strateji baxımdan əhəmiyyətlidir. Hadrutdan və onun ətrafında olan yüksəkliklərdən daha aşağıda yerləşən Xocavənd və Füzuli rayonlarının bir sıra kəndlərini (Qozluçay dərəsini və Cəbrayıldan Füzuliyə doğru olan kəndləri) Azərbaycan ordusunun nəzarətində saxlamaq mümkündür.

Cəbrayıl işğaldan azad olunandan sonra insanlar arasında da söhbət gəzirdi ki, növbəti işğaldan azad edilən ərazi Hadrut ola bilər. Hadrut Cəbrayılın yanındadır. Cəbrayılla Füzulinin arasında olan bu yaşayış məntəqəsi çox vacibdir. Onu deyim ki, hər azad olunan yaşayış məntəqəsi, ərazi gələcəkdə daha genişmiqyaslı əməliyyatlar üçün mühüm xarakter daşıyır”. Redaktor.az
Diaspora