ABŞ-ın Dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.
Trend-in məlumatına görə, M.Pompeo "Twitter" səhifəsində yazıb ki, ABŞ münaqişə tərəflərini atəşkəslə bağlı öz öhdəliklərini yerinə yetirməyə və mülki əhalisi olan rayonlara hücumları dayandırmağa çağırır:"Biz insan itkiləri ilə əlaqədar təəssüflənirik və münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiqliyimizi bildiririk".