Erməni mənbələri işğalçı ölkənin və separatçı kriminal rejimin müdafiə qurumlarına istinadla Qarabağ döyüşlərində daha 51 hərbi qulluqçusunun ölümünü etiraf edib.
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bununla düşmən tərəfi rəsmən 480 hərbçisinin ölümünü təsdiqləyib.Gəbərən erməni döyüşçülər arasında həm çağırışçılar, həm də müqavilə əsasında və ehtiyatdan çağırılan hərbçilər var. Onların ad-soyad və ata adları ilə siyahısı da dərc olunub.
Aydındır ki, Ermənistan tərəfi itkilərinin gerçək sayını gizlədir – onların sayı yüzlərlə yox, bəlkə də minlərlədir.