Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu yenidən atəşə tutur.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.Oktyabrın 12-si səhər saatlarından etibarən düşmən yenidən dinc sakinləri hədəf alaraq, Tərtər rayonun ətraf kəndlərinə ağır artilleriya ilə 20-dən çox top mərmisi atıb. Nəticədə Kəngərli kənd sakini xəsarət alıb, mülki evlərə ziyan dəyib.
Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.