Bu gün saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün tədbirlər həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.