"Hadrutun azad edilməsi Azərbaycanın Dağlıq Qarabağda da nəzarətə malik olması deməkdir"

"Hadrutun azad edilməsi Azərbaycanın Dağlıq Qarabağda da nəzarətə malik olması deməkdir" backend

Dostlar, ermənilər atəşkəsi pozur, çalışır ki, itirdiyi mövqeləri və yüksəklikləri geri qaytarsın. Niyə? Fikrilərimi bölüşürəm.

1. Hadrutun Dağlıq Qarabağ inzibati ərazi vahidi olmasına görə ermənilər onun itirilməsi ilə barışmırlar. Çünki, bu artıq Azərbaycan ordusunun Dağlıq Qarabağda da nəzarətə malik olması deməkdir.
2. Hadrutun relyefinə və coğrafi yerləşməsinə yaxşı bələd olan biri olaraq bildirmək istəyirəm ki, bu qəsəbə həmin ərazinin ən yüksəkdə yerləşən yaşayış mərkəzidir. Ora nəzarətin ələ keçirilməsi hərbi strateji baxımından əhəmiyyətlidir. Burda olanda hətta Məlikcan yüksəkliyi də ermənilər üçün əhəmiyyətini itirir.
Hadrutdan və onun ətrafında olan yüksəkliklərdən daha aşağıda yerləşən Xocavənd və Füzuli rayonlarının bir sıra kəndlərini (Qozluçay dərəsini və Cəbrayıldan Füzuliyə doğru olan kəndləri) Azərbaycan ordusunun nəzarətində saxlamaq mümkündür.
3. Ermənilər bilir ki, danışıqların davamı olaraq bir neçə gündən sonra əraziyə Minsk Qrupunun Monitorinq Qrupu və Qırmızı Xaç cəmiyyətinin monitorinq missiyaları gələcək. O zaman atəşkəsi pozmaq çətin olacaq. Odur ki, qısa müddətdə bütün gücünü səfərbər edib, Hadrut qəsəbəsini geri almaq istəyir. Təsadüfi deyil ki, Arayık Aruturyan özü də həmin əraziyə səfər edib, döyüş ruhunu qaldırmaq üçün əsgərlərlə görüşüb.
Rəşadətli ordumuz hazırda Hadruta nəzarət edir. Odur ki, cənub cəhbəsində atəş var, atəşkəs yox.

Qubad Ibadoğlu, İqtisadçı alim
moderator.az
Diaspora