Türkiyə mediası: Ermənistan azğınlıq edir

Türkiyə mediası: Ermənistan azğınlıq edir backend

Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini, dinc əhalini atəşə tutması barədə məlumatlar yayır.

Axar.az-ın məlumatına görə, Türkiyə KİV-ləri bildirir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.

Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Glabal, Büngü TV, CNN Türk telekanalları, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Sözçü”, “Yeni çağ” və s. qəzetləri yayıb.
Diaspora