Moskva danışığı atəşkəslə bitdi - Lavrovdan AÇIQLAMA

Moskva danışığı atəşkəslə bitdi - Lavrovdan AÇIQLAMA backend

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvadakı məsləhətləşmələrin ardından ortaq sənəd qəbul ediblər.

Qazilər.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, Moskva danışıqlarında Dağlıq Qarabağda atəşin əsirlərin və döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi üçün 10 oktyabr 12:00-dan dayandırılması ilə bağlı razılıq əldə edilib.

Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Həmçinin, Lavrov bildirib ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün substantiv danışıqları başlayır. Qəbul edilmiş sənədin 4-cü bəndinə görə, tərəflər danışıqlar prosesinin dəyişməzliyini təsdiqləyir.
Diaspora