"İndiki zabit və generallarımızın əvvəlkilərdən fərqi ondadır ki, onlar əsgərinin önündədir"
“Mən qələbələrə inanıram. Arzu edirəm ki, Hikmət Həsənov, Mais Bərxudarov və bizim digər komandirlərimiz, generallarımız o bayrağı Şuşaya sancsınlar. Necə ki, bu bayrağı Suqovuşana sancdılar, bundan sonra Ağdərəyə, Qlobusa sancacaq və oradan da Xankəndiyə gedəcəklər”Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib.
Yazıçı doğum günü münasibəti ilə general-mayor Hikmət Həsənovu təbrik edib:
“Bu gün Hikmət Həsənovun ad günüdür, qırx beş yaşı tamam olur. Birincisi, uzun ömür və can sağlığı arzulayıram. Ona bununla yanaşı, qələbə arzulayıram. Hamımız şahidik ki, Hikmət Həsənovun, Mais Bərxudarovun özləri və əsgərləri irəliləyir, düşməni torpaqlarımızdan, cənab prezidentin dediyi kimi, iti qovan kimi qovurlar. Mən qələbələrə inanıram. Arzu edirəm ki, Hikmət Həsənov, Mais Bərxudarov və bizim digər komandirlərimiz, generallarımız o bayrağı Şuşaya sancsınlar. Necə ki, bu bayrağı Suqovuşana sancdılar, bundan sonra Ağdərəyə, Qlobusa sancacaq və oradan da Xankəndiyə gedəcəklər. Mən o yerləri çox yaxşı tanıyıram. İndiki zabit və generallarımızın əvvəlkilərdən fərqi ondadır ki, onlar əsgərinin önündədir, əsgər generalını yanında, səngərdə görür. Əsgər generalıyla bir yerdə çörək yeyir və bizim qələbəmizdən biri budur. Polad Həşomov da buna görə şəhid oldu. Hikmət Həsənov və Mais Bərxudarov da belə generallardandır. Mən Mais Bərxudarovla bir yerdə hərbi hissədə çörək yemişəm. Onlara qələbə, övladlarına xoşbəxtlik arzu edirəm. Bu dəqiqə onlar ata-analarının övladları yox, bütün Azərbaycanın övladlarıdırlar və onlarla təkcə Azərbaycan yox, bütün Türk dünyası fəxr edir”.
Qeyd edək ki, bu gün general-mayor Hikmət Həsənovun doğum günüdür.