Azərbaycan Ordusunun Hadrud qəsəbəsi ilə yanaşı, işğaldan azad etdiyi kəndlərin adı açıqlanıb.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edilib. “Əməliyyat planı tam icra edilir”, - deyə dövlət başçısı vurğulayıb.