Əvvəlcə nar mənə tanış gəlmişdi... - Horovluya ilk daxil olan zabitin HƏMKƏNDLİSİ

Əvvəlcə nar mənə tanış gəlmişdi... - Horovluya ilk daxil olan zabitin HƏMKƏNDLİSİ backend

Fotonu ilk görǝndǝ içimdǝn bir gizilti keçmişdi. Hǝrbçini tanımamışdım, heç diqqǝtlǝ dǝ baxmamışdım sifǝtinǝ, amma… nar tanış gǝlmişdi mǝnǝ elǝ bil. Nǝsǝ bir doĝmalıq duyĝusu… bǝlkǝ bura oradır?

Bir neçǝ saat keçǝndǝn sonra nar dǝrǝn hǝrbçinin şǝkli yenǝ çıxmışdı qarşıma. Bu dǝfǝ kǝndin Horovlu olduĝunu da yazmışdılar…


Günün sonuna doĝru bir xǝbǝr dǝ çıxdı. Fotodakı polkovnik-leytenant (sǝhvǝn mayor yazmışdılar) demǝ bizim çǝpǝr qonşumuz Sǝlim kişinin, Güllǝr bibinin nǝvǝsi Camal Qǝmbǝrovdur. Cǝbrayılın işĝaldan azad edilmǝsindǝ yaxından vǝ qǝhrǝmancasına iştirak edib, doĝma kǝndi Horovluya da ilk daxil olan o olub.


Horovlu mǝnim ana kǝndimdir. Lap balaca olanda elǝ bilirdim ki, dünyada ikicǝ kǝnd var, Xǝlǝfli vǝ Horovlu. Cǝbrayıl rayon mǝrkǝzini dǝ bu kǝndlǝrin birindǝn o birinǝ getmǝk üçün bir dayanacaq kimi tikiblǝr. Hǝyatımın ilk ilini bütünlüklǝ Horovluda keçirmişǝm. Sǝlim kişigilin keçisinin südüylǝ böyümüşǝm. Mǝni anam deyil, nǝnǝm saxlayıb. Mǝndǝn cǝmisi iki yaş boyük dayım Hamleti sinǝsindǝn ayırıb, mǝni yedizdirib. Südü az imiş nǝnǝmin, bu sǝbǝbdǝn bir keçi tapıblar mǝnǝ…


Hamletlǝ quzuları yıĝıb O Taya otarmaĝa aparırdıq. Mamanǝvǝsi Salehgilin daĝdaĝanlarının yanından keçib aşaĝı düşǝndǝ bir uşaq yola qaçıb öz uşaq dilindǝ nǝsǝ deyirdi bizǝ, heç nǝ anlamırdıq, amma dayanmadan hǝyǝcanla nǝsǝ deyirdi, sonra qayıdıb geri qaçırdı. “Nǝ deyir bu?” – gülüşürdük.


“Yenǝ qayıdarıq, hǝyatımızı tǝzǝdǝn yaşayarıq orda” - uşaqlıq dostum Yalçın deyir, “ordan çıxanda cavan uşaq idik, indi qocalıb qayıdırıq. Horovlusuz illǝr… elǝ bil ki, ömrümüz aĝ bir parçadır, aradan qara vǝ enli bir zolaq çǝkiblǝr”.


Bizim nǝsil… tǝkcǝ bir-birlǝrimizlǝ deyil, özümüzlǝ dǝ görüşmǝk üçün qayıdırıq o torpaqlara – biz o torpaqlara qayıdanda dönüb tǝzǝdǝn hǝmin o saf, xoşbǝxt özümüzü tapacağıq.


Mǝnim yaşıdlarım (özümü çıxıram!) talecǝ ǝn aĝır nǝsildir olkǝdǝ. Ən çox vuruşan, şǝhid düşǝn, bǝzilǝri mitinq-nümayişlǝrdǝ avaragor olan, mǝĝlub olan, müharibǝdǝn fiziki vǝ mǝnǝn şikǝst çixan, hǝyati şikǝst yaşayan…


Bizdǝn sonrakı bir nǝsil dǝ var. Biz o nǝsil barǝdǝ narahat idik hǝmişǝ. Görǝn nǝsǝ xatırlayırlarmı? Unutmazlar ki? Kǝnd heç yadlarındadırmı? Yox, deyǝsǝn axı bunlar… görünüşlǝri, tǝrzlǝri… Xatirǝlǝri fǝrqliydi, baxışları, yanaşmaları fǝrqliydi. Biz başa düşmürdük o nǝsli.


Nǝ danışır bunlar, bu nǝ lǝhcǝdir? – kǝdǝrlǝnirdik. Belǝ sözmü vardı, nǝ deyir bu? Dron, Harop, Bayraktar… biz belǝ söz bilmǝzdik. (modern.az)
Diaspora