“Azərbaycan Ordusu əks hücum əməliyyatı başlayandan bügünədək işğaldan azad etdiyimiz ərazilərimizdən bir addım belə geri çəkilməyib”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib."Əksinə, əməliyyat planına uyğun olaraq, bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağadır! Qələbə bizimlədir!", - MN sözçüsü əlavə edib.